veten informasiya agentliyi

Cavid Qurbanov şairin şerini OĞURLAYIB? – İDDİA

Tarix:28-03-2018, 09:50
Baxış Sayı:766

Cavid Qurbanov şairin şerini OĞURLAYIB? – İDDİA














Əməkdar artist Babək Niftəliyevin oxuduğu “Sənsiz keçən günlər” adlı mahnıyla bağlı maraqlı məqam ortaya çıxıb.
“Ölkə.Az”ın məlumatına görə, bir neçə gün öncə “Space” telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan “Onda başladıq” verilişində müzakirəyə çıxarılmış mahnının söz müəllifinin əslində, Anar adlı şair olduğu ortaya çıxıb. Şair bildirib ki, hətta sözügedən şeir onun bir neçə il öncə çap etdirdiyi kitabında da yer alıb.
Araşdırmamız zamanı məlum olub ki, tanınmış skripka ifaçısı mahnını şairin sözlərinə bəstələyib. Lakin mahnı hazır olandan sonra söz müəllifi kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun (Klipin titrlərində Cavid kimi göstərilib-İ.V.) adı yazılıb. İddia edilir ki, Babək Niftəliyevin ifa etdiyi mahnının klipinə maliyyə dəstəyini də C.Qurbanov göstərib.
Qeyd edək ki, bir neçə gün öncə B.Niftəliyev “Onda başladıq” verilişində baş verənlərdən xəbərsiz olduğunu bildirmişdi. Maestro Ceyhun isə iddialara münasibət bildirmək istəməmişdi.




Cavid Qurbanov şairin şerini OĞURLAYIB? – İDDİA

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı