veten informasiya agentliyi

DYP-dən "Formula-1" ilə əlaqədar sürücülərə — XƏBƏRDARLIQ

Tarix:19-04-2018, 13:05
Baxış Sayı:522

DYP-dən "Formula-1" ilə əlaqədar sürücülərə — XƏBƏRDARLIQ














Baş Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar məlumat yayıb.
İdarədən bildirilib ki, keçiriləcək növbəti "Formula-1" Azərbaycan Qran-prisi yarışları ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq 2015-ci ilin protokoluna uyğun olaraq Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı şəhərində qeydiyyatda olmayan minik və yük avtomobillərinin paytaxta girişinə aprel ayının 23-dən məhdudiyyət tətbiq ediləcək.
Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə bağlı paytaxta gəlmək istəyən rayon sakinlərinə tövsiyə edir ki, respublikanın digər regionlarında qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərində əlavə nəqliyyat sıxlığı yaradacaqlarını nəzərə alaraq paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşə Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.

Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri ilə gəlmək məcburiyyətində qalan sakinlər üçün isə ötən illərdə olduğu kimi şəhərin giriş hissələrində hər bir lazımi şəraitlə təzhiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib ki, sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı