veten informasiya agentliyi

Oqtay Şirəliyev nazir postundan gedir - Ona da yeni vəzifə verilir

Tarix:23-04-2018, 11:03
Baxış Sayı:706

Oqtay Şirəliyev nazir postundan gedir - Ona da yeni vəzifə verilir














Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqlədi. Dövlət başçısının imzaladığı sərəncamda bəzi nazirliklərin adı yer almamışdı ki, onlardan biri də Səhiyyə Nazirliyidir.

Artıq bir müddətdir ki, səhiyyə naziri Oqtay Şirəliyevin vəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılır. Nazirin yeni hökumətə təsdiqlənməməsi bu iddiaları daha da gücləndirib.

Qaynarinfo xəbər verir ki, artıq Oqtay Şirəliyev özü də tezliklə vəzifədən azad olunacağını bilir. Nazir bu səbəbdən təhvil-təslim işlərinə başlayıb.

Mənbə iddia edir ki, Oqtay Şirəliyev nazir vəzifəsindən azad edildikdən sonra da işsiz qalmayacaq. Belə ki, o, Respublika Müalicəvi Diaqnostika Mərkəzinə baş həkim təyin ediləcək. Artıq onun üçün yeni iş yerində otaq da ayrılıb.

Qeyd edək ki, Otqay Şirəliyev 2005-ci ilin 20 oktyabrında səhiyyə naziri təyin edilib. Buna qədər isə o, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi olub.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı