sosial - Via.az
DSMF-nin gəlir və xərcləri artdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 mln. manat çox olmaqla 2 mlrd. 132 mln. manat təşkil edib.
Bu barədə  ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 mln. manat artaraq 1 mlrd. 559 mln. manat olub.
Əmək bazarında yeni dinamika - Daha işçiyə ehtiyac yoxdur?
Ötən ilin yekunlarına görə, Azərbaycanda əmək bazarında xarici işçi qüvvəsinin dinamikası müəyyən dəyişikliklərlə müşahidə olunub. Rəsmi statistikaya əsasən, 2025-ci ilin sonuna ölkədə qüvvədə olan iş icazələrinin sayı 7 990 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 8 141 nəfərlə müqayisədə 151 nəfər və ya təxminən 1,9 faiz azdır. Maraqlıdır, görəsən, bu azalmanın əsas səbəbi nədir?
Tikinti sektoru liderdir
Sahələr üzrə bölgüyə nəzər saldıqda, tikinti sektorunun lider mövqedə qaldığı görünür. 2025-ci ildə tikintidə çalışan əcnəbilərin xüsusi çəkisi 34,3 faiz təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 0,4 faiz bəndi azalsa da, sektorun ümumi strukturda dominantlığını qoruduğunu göstərir. Mədənçıxarma sənayesində isə əks tendensiya müşahidə olunur. 2024-cü ildə 9,8 faiz olan pay 2025-ci ildə 10 faizə yüksəlib. Enerji və xammal sektorunda texnoloji bilik və spesifik təcrübə tələb edən sahələrdə xarici mütəxəssislərə ehtiyacın davam etməsi bu artımı izah edir. Emal sənayesində isə müəyyən geriləmə qeydə alınıb. Əgər 2024-cü ildə bu sahənin payı 9,3 faiz idisə, 2025-ci ildə 8,9 faizə enib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda daha nəzərəçarpan azalma müşahidə edilib. 2024-cü ildə 8,6 faiz olan pay 2025-ci ildə 7,6 faizə düşüb.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində də azalma qeydə alınıb. 6,1 faizdən 5,6 faizə enən göstərici bu istiqamətdə xarici işçi qüvvəsinə tələbatın nisbətən zəiflədiyini göstərir. Eyni zamanda, təhsil sektorunda artım diqqət çəkir. 2024-cü ildə 5,4 faiz olan pay 2025-ci ildə 5,7 faizə yüksəlib.
İşçiyə ehtiyac azalıb?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Azərbaycanda əcnəbi vətəndaşların iş icazələri peşə və ərazi üzrə deyil, ümumi kvota əsasında müəyyən olunur. Miqrasiya qanunvericiliyinə görə, iş icazəsi əcnəbilərə bir il müddətinə verilir. Qarabağdakı yenidənqurma işləri ilə əlaqədar bəzi hallarda bu müddət iki ilə qədər uzadılıb. S.Məmmədov ehtimal edir ki, həmin ərazilərdə işçi ehtiyacı azalıb: “Əvvəllər hətta ixtisaslı fəhlələrə, mürəkkəb montaj və elektrik işləri üzrə kadrlara, habelə mühəndislərə böyük tələbat var idi. Görünür, hazırda bu işlərdə xarici işçilərə ehtiyac minimuma enib”.
Ekspert hesab edir ki, bu tendensiyanın həm müsbət, həm də mənfi tərəfləri var: “Müsbət tərəfi odur ki, yerli işçi qüvvəsinin kvalifikasiyası artıb və ixtisaslı işləri yerli əmək bazarı təmin edə bilir. Mənfi tərəfi isə infrastruktur layihələrinin həcminin azalması ilə bağlı ola bilər”.
Kəmiyyət keyfiyyətə dəyişib
Millət vəkili Azər Allahverənov deyib ki, əməkçi miqrantların sayının azalması bir neçə amillə bağlıdır. Azərbaycanda azalma əsasən yerli şərait və iqtisadi faktorlardan qaynaqlanır.
Deputatın sözlərinə görə, pandemiya dövründə iqtisadi sahələrdə layihələrin dayandırılması əməkçi miqrantların iş imkanlarını məhdudlaşdırıb, bu isə öz növbəsində iş yerlərinin bağlanmasına səbəb olub: “Amma sonrakı illərə nəzər saldıqda görürük ki, miqrasiya mübadiləsi templəri sabitləşib. Əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayında müəyyən hərəkətlənmə müşahidə olunur. Bu da onunla bağlıdır ki, yerli qanunvericilikdə əməkçi miqrantlar məsələsində yeni bir yanaşma sərgilənməyə başlayıb. Yəni, qanunvericilikdə yüksək ixtisasa malik miqrantlara xüsusi diqqət göstərilir ki, nəticədə kəmiyyət-keyfiyyət dəyişiklikləri yaranıb”.
A.Allahverənov həmçinin bildirib ki, hazırda əcnəbi miqrantların əsas fəaliyyət sahələri neft-qaz, tikinti, yüksək texnologiyalar və sahibkarlıqdır: “Əsas pay neft-qaz sektoruna aiddir. Amma işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq layihələrində də xeyli xarici şirkət fəaliyyət göstərir və onlar birbaşa ixtisaslı miqrantların xidmətindən istifadə edirlər. Bizdə əmək bazarında əməkçi miqrantlarla bağlı bir neçə alət var. Onların arasında əmək kvotalarının verilməsi, fərdi uçot sistemində qeydiyyat məsələsi çox vacib alətlərdir. Məsələn, işğaldan azad olunmuş ərazilərdə əmək kvotası yoxdur. Amma əcnəbilərin fərdi uçot sistemində qeydiyyatı tələbi qüvvədə qalır. Ümumilikdə iş icazələrinin verilməsi məhz kvota çərçivəsində həyata keçirilir. İş icazəsi olmadan əcnəbi Azərbaycanda əmək fəaliyyəti ilə məşğul ola bilməz. Amma burada da istisnalar mövcuddur. Miqrasiya Məcəlləsində konkret müddəalar var. Hansı ki, həmin müddəalar əcnəbi miqrantı iş icazəsi almaqdan azad edir”.
Yerli kadrlar üstünlük qazanır
Deputat onu da əlavə edib ki, son illər əmək bazarında yerli kadrların rəqabət qabiliyyəti artıb: “Azalma həm də onunla bağlı ola bilər ki, əmək bazarında yerli kadrlar rəqabətə daha dayanıqlıdır. Tarixi misal kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra neft-qaz sektorunda konsorsiumlarda əməkçi heyətin 85-90 faizi əcnəbilərdən ibarət idi. Lakin hökumətin tələbi ilə yerli kadrların formalaşdırılması və yetişdirilməsi nəticəsində hazırda iri xarici şirkətlərin əməkdaşlarının 95 faizi yerli mütəxəssislərdən ibarətdir”.
Azalma müvəqqətidir
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri namizədi Emin Qəribli isə bildirib ki, Azərbaycanda əcnəbi işçilərin böyük əksəriyyəti neft sektorunda çalışır: “Hazırda ölkədə neft sahəsində müvəqqəti azalmalar müşahidə olunur ki, bu da xarici işçilərin sayına təsir edən əsas amillərdən biridir”.
E.Qəribli vurğulayıb ki, Qarabağ və Ələt iqtisadi zonalarındakı böyük investisiya layihələri ixtisaslı kadrlar üçün tələbatı yaxın gələcəkdə artıracaq. Onun sözlərinə görə, ölkədə investisiyaların dinamikası müsbətdir, lakin cari ilin iqtisadi artımı bir qədər zəifdir. Qonşu ölkələrdə yaranmış gərginliklər də regiona təsirsiz ötüşmür. Ekspert qeyd edib ki, iqtisadi aktivliklə bağlı xarici işçi sayında dalğalanmalar həmişə müşahidə olunub və bu azalmanın müvəqqəti xarakter daşıdığını düşünür. ("Kaspi" qəzeti)
Pensiyaların nə qədər artacağı açıqlanıb: 593 və 632 manat
Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıb:
"Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir".
R.Mustafayev əlavə edib ki, bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.
Nazir müavini yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırıldığını diqqətə çatdırıb.
Onların pensiya kapitalı 2800 manat artacaq
Yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək  qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırılıb.  Yəni Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev fevralın 10-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu da pensiya kapitalının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, hər il indeksləşdirilmə yolu ilə artması deməkdir:
"Məqsədimiz yalnız birədəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir".
Nazir müavini həmçinin bildirib ki, artımlar avtomatik qaydada olacaq:
Pensiyalar artımla nə vaxt ödəniləcək?
Belə ki, 2017-ci ildə qəbul edilən “Əmək pensiyaları haqqında” qanuna əsasən, hər il əvvəlki ildə iqtisadiyyatda muzdlu əməkhaqqı alan şəxslərin orta illik əməkhaqqı artım faizinə uyğun olaraq, növbəti ildə pensiyalar həmin faiz qədər indeksləşdirilir, yəni artırılır. Bəs bu il pensiyalar nə qədər artırılacaq?
İqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, 9,2–9,3 faiz aralığında artım olacağı gözlənilir:
“Keçən ilin yekun göstəricisi hələ açıqlanmayıb. Bu rəqəm adətən ilin əvvəlində - yanvarın ilk həftələrində, dekabrın 31-nə olan məlumatlar əsasında təqdim olunur. Hazırda noyabr ayının göstəricisi məlumdur və bu rəqəm 9,3 faiz təşkil edir. Bu göstərici fevralın ilk 10 günlüyündə dəqiqləşəcək. Daha sonra həmin faiz əsasında qanunun tələbinə uyğun olaraq Prezident tərəfindən sərəncam imzalanır və pensiyalar yanvarın 1-dən etibarən artırılır”.
X.Kərimli qeyd edib ki, yanvar ayında alınmayan artım fevral ayında kompensasiya olunur, yəni fevral pensiyasına həm yeni məbləğ, həm də yanvar ayı üçün hesablanan fərq əlavə edilir.
Müavinət ödənişlərində YENİ QAYDA: Kim nə qədər alacaq?
Nazirlər Kabinetinin qərarı ilə hərbi qulluqçular və ədliyyə orqanlarında çalışan şəxslərin işdən çıxarılarkən alacaqları birdəfəlik müavinətlərin yeni hesablanma mexanizmi müəyyən edilib. Yeni qaydalar müavinətin neçə aylıq olacağını və hansı maaşlar əsasında hesablanacağını dəqiqləşdirir.
Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əvvəlki dövrdə bu sahədə müxtəlif hallarda qeyri-müəyyənlik yaranırdı.
Qərara əsasən, xidmətdə son yaş həddinə çatdığı üçün işdən azad edilən şəxslərə daha yüksək məbləğdə birdəfəlik müavinət ödəniləcək. Bu müavinət son vəzifə və rütbə maaşları əsasında hesablanacaq. Beləliklə, şəxsin xidməti başa çatdıqdan sonra sosial təminatı konkret mexanizm əsasında həyata keçiriləcək.
Yeni qaydalara görə, hərbi xidmətdən məhkəmə qərarı istisna olmaqla, başqa əsaslarla azad edilən şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində müavinət ödəniləcək. Əgər şəxs xidmətdə olmanın son yaş həddinə çatdığı üçün işdən çıxarılırsa, bu halda beş aylıq birdəfəlik müavinət nəzərdə tutulur. Yaş həddinə çatmadan xidmətdən azad edilənlər isə iki aylıq müavinətlə təmin olunacaqlar.
Yeni qaydalar müavinətlərin verilməsi ilə bağlı bütün əsas halları sistemləşdirir və hüquqi boşluqları aradan qaldırır. Bu isə gələcəkdə oxşar məsələlərlə bağlı mübahisələrin qarşısını almağa imkan verəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi bu qaydalar daxili işlər orqanlarının əməkdaşlarına şamil edilmir. Daxili işlər sistemində çalışan şəxslərin sosial təminatı mövcud xüsusi qanunvericilik əsasında tənzimlənir.
Krediti ödəyə bilməyənlərin NƏZƏRİNƏ: Bu hallarda müddəti uzatmaq mümkündür
Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddətin uzadılmasını istəyirlər. Məsələn, 1 il müddətinə götürülən kredit 2 ilə qədər uzadıldıqda aylıq ödəniş azalır.
Bəs bu imkan nə qədər əlçatandır və hər kəsə şamil edilə bilərmi?
Iqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu kimi hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni bu imkan müəyyən şərtlərlə tətbiq olunur.
Əgər borcalan bank qarşısında öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirə bilmədiyini sübut edər və bank buna razılıq verərsə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil.
Ekspertlərin söylədiklərinə görə, banklar bu cür güzəştlərə fərdi qaydada baxırlar. Hər müraciət ayrıca qiymətləndirilir. Bu imkan bütün müştərilərə şamil edilməyə bilər.
Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
Qərarı şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, Baş nazirin imzaladığı sənədlərə əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və eləcə də dövlət qulluqçusu olmayan mülki işçilərinin, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşlar yeni, artırılmış redaksiyada verilib.
“Baş nazirin bu qərarları “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən imzalanıb. Belə ki, həmin sənədə əsasən, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin həmin sənədin 1-ci hissəsinə uyğunlaşdırılması təmin edilməli idi. Sərəncamın birinci hissəsi isə minimum əmək haqqının artırılması ilə bağlı idi. Bu o deməkdir ki, minimum əmək haqqında artıma uyğun olaraq baş nazir sözügedən işçilərin maaşlarını artırıb.
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR
Komitə sədri Musa Quliyev gündəlikdə iki məsələnin müzakirəyə çıxarıldığını bildirib.
O, ilk növbədə, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, qanun layihəsindəki əsas dəyişiklik pensiya təminatının maliyyələşdirilməsi mexanizminin daha da dəqiqləşdirilməsini nəzərdə tutur. Belə ki, uşaqlara görə güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy insanların, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi olan şəxslərə və 70 yaşdan yuxarı ahıllara qulluq edən şəxslərin əmək pensiyalarına dair güzəştlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçiriləcək.
Daha sonra gündəliyin ikinci məsələsi – “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) müzakirə olunub. Musa Quliyev qeyd edib ki, bu dəyişiklik vətəndaşların sosial xidmətə çıxış imkanlarını genişləndirməyə hüquqi zəmin yaradır. Layihə sosial xidmətə ehtiyac duyan şəxslərə bu xidmətlərə əlçatanlığını yaxşılaşdırmağa yönəlib.