veten informasiya agentliyi

Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu - Həbsi gözlənilir

Tarix:16-10-2018, 12:11
Baxış Sayı:455

Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu - Həbsi gözlənilir













Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevin yaxın günlərdə həbs olunması gözlənilir. BakuPost xəbər verir ki, haqqında cinayət işi açılan baş memar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məcburi gətiriləcək. Əldə etdiyimiz məlumata görə, Məharət Mustafayev korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunduqdan sonra ifadə verməsi üçün sözügedən quruma çağırılıb. Lakin o, çağırışa məhəl qoymayıb. Bundan sonra onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Xatırladaq ki, Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib. Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb. Lakin hələlik həbs olunmayıb.

Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu