veten informasiya agentliyi

Azərbaycanda iki fəsil yoxa çıxır

Tarix:Bu gün, 10:35
Baxış Sayı:8

Azərbaycanda iki fəsil yoxa çıxır

Son illərdə Azərbaycanda yaz və payız fəslinin sıradan çıxması, havanın bir qayda olaraq ya soyuq, ya da isti keçməsi müşahidə edilir. Hazırda aprel ayı olmasına baxmayaraq, paytaxt Bakıya intensiv yağışlar, dolu, regionlara isə qar yağır.
Ekspertlər qlobal istiləşmənin Azərbaycandan da yan keçmədiyini bildirirlər. Bundan sonra da mart-aprel aylarında analoji yağıntıların müşahidə olunacağı ehtimal edilir.
Rusiya Elmlər Akademiyasının Puşçino Elmi Bioloji Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, iqlimşünas və biofizik Aleksey Karnauxov iqlim dəyişiklikləri ilə bağlı maraqlı fikirlər səsləndirib.
O, bildirib ki, qlobal istiləşmə yaxın gələcəkdə dünyanın bir sıra regionlarında əbədi qar dönəmini başlada bilər:
"Gələcəkdə xüsusilə Rusiyanın Avropa hissəsində qarın əriməməsi gözlənilir. Ölkənin bu hissəsində may və aprel ayları artıq qış ayları hesab edilə bilər. 2026-cı ilin qışı normaldan daha soyuq olub. Mənfi 30°C qeyri-adi haldır. Qlobal istiləşmə Avropada, ümumiyyətlə, Rusiyanın Avropa hissəsində, Şimali Amerikada və Şimali Atlantika bölgəsində yeni buz dövrünə səbəb ola bilər".
İqlimşünas prosesin dünyanın müxtəlif regionlarında yaşanacağını proqnozlaşdırıb.

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq