veten informasiya agentliyi

"“Sabah Residence” bizə təzyiq göstərir..." - GİLEY

Tarix:7-03-2019, 14:50
Baxış Sayı:594

"“Sabah Residence” bizə təzyiq göstərir..." - GİLEY














Paytaxtın Səbayel rayonunda Ə.Hüseynzadə küçəsi, 8 ünvandakı evin sakinləri birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktubla müraciət edərək onların hüquqlarını müdafiə etməyi xahiş ediblər.

Həmin ünvanda yaşayan 20-dən çox ailə “Sabah Residence” tikinti şirkətinin hərəkətinə etiraz edir: “500 manat nizamnamə kapitalı olan şirkət bizim qəza vəziyyətində olmayan 6 mərtəbəli binanı sökmək qərarına gəlib.

Biz, bu evin sakinləri müstəqil ekspertiza keçirdik. Ekspert bizim binanın normal istismar şəraitində yaşayış üçün minimum 50-60 il yararlı olması barədə rəy verdi. Lakin “Sabah Residence” bizə təzyiq göstərir və bizi özəlləşdirilmiş mənzillərimizdən çıxmağa məcbur edir, Azərbaycan Konstitusiyası və Mənzil Məcəlləsində təsbit edilmiş hüquqlarımızı pozur.

Bizim işimizin məhkəmədə olmasına baxmayaraq, “Sabah Residence” süni şəkildə bizim evi yaşayış üçün yararsız duruma gətirməyə çalışır, sakinlər üçün daim gərgin vəziyyət yaradır.

Biz İcra Hakimiyyətinə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə, Səbayel rayonundan parlamentin deputatına müraciət etmişik, dəfələrlə polisə ərizə yazmışıq, ancaq nəticəsiz qalıb.

Həmin evdə uşaqlı ailələr, yaşlı xəstə adamlar yaşayırlar. Onlar həyatlarının böyük hissəsini burada yaşayıblar. Onların bu özbaşınalığa qarşı mübarizə aparmağa güc və imkanları yoxdur.

Sizə böyük hörmətimizin olduğunu bildirərək xahiş edirik ki, bizim binanın nümayəndələrini qəbul edəsiniz və başımıza gələnləri, hansı şəraitdə yaşamağa məcbur olduğumuzu sizə ətraflı anlatmalarına imkan yaradasınız.

Sizdən problemin həllinə yardmçı olmağınızı xahiş edirik”. (xalqxeber)

Bitki mühafizəsi sahəsinin tanınmış alimi Elçin Xəlilovun yubiley tədbiri keçirilib
Bitki mühafizəsi sahəsinin tanınmış alimi Elçin Xəlilovun yubiley tədbiri keçirilib
Vergidən gələn o bildiriş: Vətəndaşlar təşviş içindədir
Vergidən gələn o bildiriş: Vətəndaşlar təşviş içindədir
Rusiyaya kütləvi hücum: 150-dən çox PUA vuruldu - Ölən və yaralananlar var
Rusiyaya kütləvi hücum: 150-dən çox PUA vuruldu - Ölən və yaralananlar var
ABŞ İranın daha 3 tankerini saxladı: Neft böhranı dərinləşir
ABŞ İranın daha 3 tankerini saxladı: Neft böhranı dərinləşir
Toy karvanında avtoxuliqanlıq etdilər, sosial şəbəkədə paylaşdılar
Toy karvanında avtoxuliqanlıq etdilər, sosial şəbəkədə paylaşdılar
Düşmən üçün “sürpriz əməliyyat" - İranın gizli planı üzə çıxdı
Düşmən üçün “sürpriz əməliyyat
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva