veten informasiya agentliyi

Kəlbəcərin təhsil şefi Tərtərə başçı gedir: yuxarıları inandırır ki... - Detallar

Tarix:30-05-2018, 11:47
Baxış Sayı:696

Kəlbəcərin təhsil şefi Tərtərə başçı gedir: yuxarıları inandırır ki... - Detallar















Kəlbəcər Rayon Təhsil Şöbəsi müdiri Elmira Şükürova kifayət qədər mülayim, qayğıkeş, nəzakətli biri kimi xarakterizə olunur; Elmira xanımın xeyirxah, qəlbigeniş, mehriban dövlət qulluqçusu olduğu söylənir...

FİA.Az-a verilən məlumata görə, onun barəsində tədbirlərdə, iclaslarda, yüksək vəzifəli şəxslərin qeyri-rəsmi müzakirələrində müsbət sözlər danışırlar.

E.Şükürovanı tanıyanlar yuxarı eşelona onu sədaqətli kadr və yaxşı məmur kimi təqdim edirlər. Hətta belə iddialar var ki, siyasi rəhbərliyə Elmira xanımın icra başçısı təyin olunmasını təklif edirlər.

Neçə ildir ki, E.Şükürova icra başçısı təyin olunmaq üçün dəridən-qabıqdan çıxır. O, Abşeronun icra başçısı İradə Gülməmmədovadan sonra ikinci xanım icra hakimi olmaq arzusundadır.

Əvvəlcə Ağdamın, sonra Kəlbəcərin icra başçısı postlarına gözü düşən, bunun üçün səfərbər olduğu deyilən rayon təhsil direktoru indi Tərtərə ümidini bağlayıb.

Məlumatlar dolaşır ki, E.Şükürova Kəlbəcər RTŞ müdiri postundan getməyə hazırlaşır və Tərtərin icra başçısı təyin olunmaq üçün yuxarılarla təmasa keçib.

Bu işdə ona Kəlbəcərin deputatı, baş dəmiryolçu Cavid Qurbanovun kömək olacağı deyilir.

Mətbuatda yayılmış xəbərlərdə bildirilirdi ki, E.Şükürova C.Qurbanova Ağdam icra hakimi olmaq üçün laızm olan vəsaiti də göndəribmiş.

Amma muradına çatmayıb. Kəlbəcər RİH başçısı ümidi də suya düşdükdən sonra Tərtərə göz dikib.

Yaxın ətrafı isə yuxarıları inandırmağa çalışır ki, Elmir xanım təcrübəli, sədaqətli məmurdur, ona etimad göstərmək olar.

FİA.Az xəbər verir ki, Kəlbəcər təhsilinə həvəsli və işləyən bir gənc kadr təyin olunacağı haqda xəbərlər gəlməkdədir. Bu da E.Şükürovanı hərəkətləndirib. O, daha böyük ambisiya ilə irəli atılıb.

Oğlunun adının qumarda keçməsi, təhsil şefi kimi fəaliyyətində yeyintilərə yol verməsi ört-basdır olunur ki, reputasiyası kristal olsun.

Elmira Şükürova əslən Kəlbəcər rayonundandı. O, Azəbaycan Dəmiryolları ASC-nin sədri Cavid Qurbanovun qohumudur.

Elmira Şükürovanın atası Əvəz Şükürov isə 1993-95-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olub.

1995-ci ildə keçmiş Baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman Surət Hüseynovu dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınıb.

E.Şükürovanın oğlu isə qumarda 200 min manat uduzmaqda adı hallanırdı. Buna görə vəzifəsindən çıxarıldı.

Elmira Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunur.

Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil.

Həmin məlumatlara görə, sözügedən şəxs Ağdamda işlədiyi zaman Bərdə şəhərində bir neçə iri obyekt alıb.

Ona görə də C.Qurbanovun köməyinə bel bağlayan E.Şükürova icra başçısı olacağını gözləyir. Amma Elmira xanım olduqca xəyalpərəstdir...

Bu iddialarla bağlı adıçəkilən tərələrin mövqeyini dərc edə bilərik.

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq