veten informasiya agentliyi

Bakıda film kimi olay: “Qaçqınkom” önündə gecələyən səfil oliqarx ölüm ayağında

Tarix:25-07-2018, 12:30
Baxış Sayı:512

Bakıda film kimi olay: “Qaçqınkom” önündə gecələyən səfil oliqarx ölüm ayağında















Şəkildə gördüyünüz Əliyev Arif Lətif oğludur. Onun 62 yaşı var. Göygöl rayonundandır. AzEuroNews.com xəbər verir ki, onun həyatı filmlərdə, romanlarda olur. Oliqarx bir insan indi səfil günə düşərək piyada keçidində gecələyir. Bunun Səid Qərib feysbukda yazıb.

Arif Əliyevi bu günə salan dostu və ailəsi olub. O, Moskva Rejissorluq Universiteti və Kiyevdə Xarici İşlər Akademiyasını bitirib. Moskvada dövlət müəssisələrində işləyib.

3 il bundan öncəyə qədər Yunanıstanda özünün yaratdığı şirkət rəhbəri olub. Sonradan tanış olduğu dostu ilə birlikdə bu şirkəti idarə etmək onun üçün baha başa gəlib.
Dostu banklardan külli miqdarda onun adına kredit götürərək qaçıb. Adam kredit borclarını qaytarmaq üçün evlərini, maşınını varını, dövlətinı satıb.

Deyir, Allahıma şükürlər olsun ki, vaxtında Yunanıstanda həyat yoldaşımın adına ev və maşın almışam. Müflisləşəndən sonra həyat yoldaşı uşaqlarını da götürüb onu tərk edib.

İndi adam 3 ildir ki, küçələrdə yaşayır. Heç kimi də yoxdur. Bir neçə gün bundan əvvəl Tbilisi prospektində yaşadığı küçədə onun sənədləri, əmək kitabçası, diplomları və digər bütün sənədləri oğurlanıb.

Arif şəkər xəstəsidir. Ayağının biri şişib və işləmir deyə, ayağüstə durub yeriyə bilmir. Onun köməyə ehtiyacı var.
Onu sığınacaqda, qocalar evində yerləşdirmək lazımdır. Deyir, həyata bütün həvəsim sönüb və ümidlərim qırılıb deyə, bu günə qədər qocalar evinə getməyə əhəmiyyət verməmişəm.

Qeyd edək ki, Tbilisi prospektində “Qaçqınkom”un binası ilə üzbəüz yerüstü keçidin yanındakı küçədə yaşayır. Sabah onunla görüşüb geniş reportaj hazırlamağa çalışacağıq.

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq