veten informasiya agentliyi

"Ultel" şirkətinin sahibi Aprel Qazisinin obyektini əlindən aldı... - Preidentə şikayət olundu

Tarix:25-08-2018, 13:02
Baxış Sayı:644

"Ultel" şirkətinin sahibi Aprel Qazisinin obyektini əlindən aldı... - Preidentə şikayət olundu














Salam Cənab Prezident! Sabiq rabitə naziri Əli Abbasovun Ultel şirkəti mənim hüquqlarıma hörmət etmir! Məni gah öldürməklə kahda ki tutdurmaqla hədələyirlər. Üstümə qolu zorlu rekert və polis işciləri göndərirlər.

Mən Ultelin direktoru Əliqiyam Əsgərova dəfələrlə müraciət etsəmdə bizimlə halallaşmaq istəmir. Bir neçə dəfə mətbuat vasitəsiylə müraciətdə etmişik. İndi yeganə ümidimiz Sizsiniz cənab prezident. Bu oliqarxlar ayı əti kəsdirməkdən tutmuş dollarla samovar qalamaqdan və bir gündə öz məşuqələrinə dəyəri 100 min dollarlıq avtomobil və villa almağa qədər cəsarətə sahibdirlər. Amma bir aprel döyüşcüsünün əlindən alınan obyektin 8000 manat haqqını ödəmək istəmirlər. Gundeminfo.az xəbər verir ki, bu müraciəti Elşad Əzimov adlı şikayətçi yazıb. Şikayətçi yazır ki, onun əmlakı qanunsuz olaraq əlindən alınıb.

Müraciət müəllifi daha sonra yazır:

- Cənab prezident Ultel şirkəti 17 il müddətində mənim istifadəmdə olan yarızirzəmini qeyri qanuni yolla, əmlak komitəsiylə əlbir olaraq əldə edib. Həmin obyektin özəlləşməsi üçün Mənim əlimdə bütün sənədlər var idi. Pulumuda hazırlamışdım. Evim yandığına görə ziyana düşdüm pulum ona getdi. Sonrada oğlum aprel döyüşlərində yaralandı əlimdə olan pul yollarda xərcləndi getdi.

Əli Abbasovun işcisi Əliqiyam Əsgərova dəfələrlə müraciət etmişəm. Əliqiyam Əsgərov mənimlə halallaşmaq əvəzinə birdəfə məni ölümlə hədələdi. Sonrada mənim barədə polisə şikayət edib məni tutdurmaqla hədələyir. Mənim oğlum aprel döyüşlərində yaralanıb indidə müalicə alır. Heç olmasa bunasa hörmət qoysunlar.

Amma heç olmasa bizim haqqımızı tanısınlar bizimlə halallaşınlar. Cənab Prezident! Ultelin özəlləşdirdiyi obyekti oğlum aprel döyüşlərində yaralanmasaydı mən özəlləşdirə bilərdim. Çünki mən özəlləşmə üçün topladığım pulu oğlumun müalicəsinə və yollara xərclədim.

Əli Abbasov və Əliqiyam kimiləri yəqin ki, bizim kimi fəhlə sinifinə aid olan şəxslərə heç əl uzadıb görüşməyi belə özlərinə sığışdırmazlar. Çünki onlar milyardlarla əlləşir biz isə günorta naharda qayğanaq yemək üçün 2 manatı necə tapacağımızı düşünürük. Eybi yox qoy biz kasıbların uşaqları döyüşüb yaralansınlar, təki vətən sağolsun!

Cənab Prezident! Sizdən xahiş edirəm bizə kömək edin haqqımızı Əli Abbasov və Əliqiyam Əsgərov ödəsin! \\gundeminfo.az\\

Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu