veten informasiya agentliyi

Bakıda orta məktəbdə hicab qalmaqalı

Tarix:19-09-2018, 10:31
Baxış Sayı:521

Bakıda orta məktəbdə hicab qalmaqalı














Bakıda fəaliyyət göstərən təhsil ocaqlarından birində hicabla bağlı qadağanın olduğu bildirilir.

Suraxanı Rayonu Ramin Abiyev adına 85 saylı orta məktəbdə sözügedən qadağanın tətbiq edildiyi söylənilir.

Məlumata görə, təhsil müəssisəsinin direktoru Maxsud Əhmədov qız uşaqlarının məktəbə baş örtüyü ilə gəlməsinə icazə vermir.

İnanclı valideynlər bununla bağlı müvafiq qaydada müraciət etdiklərini bildirirlər. Lakin direktor müraciətlərə məhəl qoymadığından dəyişiklik olmayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətidən dəfələrlə oxşar məsələylə əlaqədar eyni reaksiya verilib.

“Bununla bağlı məktəblərin daxili nizamnaməsi var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş ”Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində təhsil alanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Buna uyğun olaraq həmin prosesə nəzarət də məktəbin özü tərəfindən həyata keçirilir. Yəni məktəblilərin geyimi həmin daxili nizamnamə ilə müəyyən olunur. Geyim tədrisin aparılmasına maneçilik törədə bilməz” – rəsmi açıqlamada bildirilir.

Minval.info 85 nömrəli orta məktəbdən münasibət almağa çalışsaq da telefon zənginə cavab verən direktor müavini Maxsud Əhmədovun iş başında olmadığını söylədi. Ondan mövzuyla əlaqədar açıqlama ala bilmədik. Eyni zamanda məktəb rəhbərinin mobil telefonunun nömrəsini əldə etmək mümkün olmadı.

Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu