veten informasiya agentliyi

Ədalət Qənbərovun himayədarı kimdir? - Dələduzluq və ya küçəyə atılan körpələr...

Tarix:18-10-2018, 11:50
Baxış Sayı:474

Ədalət Qənbərovun himayədarı kimdir? - Dələduzluq və ya küçəyə atılan körpələr...















Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində “ARKO” MMC ilə “Badu Kubə” şirkəti arasında uzun illərdən bəri davam edən narazılıqla bağlı mətbuat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, mətbuat konfransında çıxış edən “ARKO” MMC-nin rəhbərliyi “Badu Kubə”nin sədri Ədalət Qənbərovun qanunsuz əməllərindən söz açıblar. Çıxışlarda Ədalət Qənbərovun qanunsuz əməlləri sadalanıb, onun sakinlərin başına oyun açdığı, dələduzluq yolu ilə insanları aldatdığı qeyd edilib. Qeyd olunub ki, Ədalət Qənbərov başqa-başqa insanların adına ev yazması nəticəsində bu gün Nərgiz Quliyeva adlı bina sakini iki körpəsi ilə birlikdə küçəyə atılır. “ARKO” MMC-nin rəhbəri Rəhilə Əsədullazadənin sözlərinə görə, Ədalət Qənbərovun əməlləri bununla bitmir, o, vergidən yayınır, kassa mədaxil çeki vermir, köhnə tarixlə insanlara ev satır. Bundan başqa iş xanımı qeyd edib ki, 5 ildir məhkəmənin çıxardığı qərarlar icra olunmur. Mütəmadi olaraq Ədalət Qənbərov qərarların icra olunmasına müxtəlif yollarla gah təzyiq göstərir, gah da mane olur.

Çıxışın sonunda Azərbyacanın prezidenti İlham Əliyevə müraciət edən “ARKO” MMC-nin rəhbərliyi qanunsuz əməllər törətməkdə davam edən Ədalət Qənbərov barəsində tədbir görülməsi üçün müvafiq göstəriş verilməsini xahiş ediblər.

Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu