veten informasiya agentliyi

Azərbaycanda bu xəstələrə verilən vəsait artırılacaq – Rəsmi

Tarix:1-11-2018, 10:12
Baxış Sayı:416

Azərbaycanda bu xəstələrə verilən vəsait artırılacaq – Rəsmi














Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədəki durumla bağlı Milli Məclisin Səhiyyə komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə ictimai dinləmələr keçirməyi nəzərdə tutulur.

Bu haqda Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

O, qeyd edib ki, belə bir dinləmənin keçirilməsi hələ komitənin payız sessiyasının qanunvericilik işləri planında öz əksini tapıb.

M.Quliyevin sözlərinə görə, sadəcə, qarşıdan büdcə müzakirələri gəldiyi üçün dinləmələr bir qədər ləngiyir.

“Belə bir dinləməyə ciddi ehtiyac var.

Bunu həm komiyəmizin üzvləri, həm də digər millət vəkilləri zaman-zaman dilə gətiriblər. Çox yaxşı haldır ki, artıq komitəmizin payız sessiyası dövründəki iş planında da bu məsələ öz əksini tapıb. Çox güman ki, büdcə müzakirələrindən sonra şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər, bu yöndə müvafiq qanunvericiliyin icra vəziyyəti və təkmilləşdirilməsi ilə bağlı dinləmələr keçiriləcək.

Onu da məlumat üçün deyim ki, çox sevindirici haldır ki, şəkərli diabet xəstəliyi ilə bağlı 2019-cu ilin dövlət büdcəsində böyük artım nəzərdə tutulur. Birdən-birə 8 milyon 300 min manatlıq artım gözlənilir. Əgər bu il dövlət büdcəsində bu rəqəm 36 milyon idisə, növbəti ildə 44,3 milyon manat olacaq.

Bu, çox böyük artımdır və dövlətimizin, dövlət rəhbərliyimizin bu məsələyə növbəti diqqətinin nümunəsidir.

Dinləmələrin keçirilmə məqsədlərindən biri də elə bu məsələ idi. Ancaq bununla, ictimai dinləmələr mütləq keçiriləcək”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu