veten informasiya agentliyi

Sürücülər ən çox hansı qaydaları pozublar? – CƏRİMƏLƏR

Tarix:14-11-2018, 10:39
Baxış Sayı:427

Sürücülər ən çox hansı qaydaları pozublar? – CƏRİMƏLƏR














2018-ci ilin yanvar-sentyabr aylarında qaydaların pozulmasına görə 58,7 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 2635,4 min olub.

Məlumatda bildirilir ki, xətaların 51,5 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması ilə bağlı olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. 13,3 faiz pozmalar yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi ilə bağlıdır, burada artım isə 60,7 faiz təşkil edir.

Sürücülərin 10,3 faizi dayanma və ya durma qaydalarını pozublar, bu kateqoriyada artım isə 6,1 faizdir. Xətaların 10,5 faizi işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi ilə əlaqədardır. Bu statistikada artım 12,4 faiz təşkil edib.

Cərimələrin 3,8 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (19,1 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,9 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət