veten informasiya agentliyi

“Şlaqbaum açıq olub, qırmızı işıq yanmayıb” – BNA “Azərbaycan Dəmir Yolları”nı ifşa etdi

Tarix:19-11-2018, 10:17
Baxış Sayı:470

“Şlaqbaum açıq olub, qırmızı işıq yanmayıb” – BNA “Azərbaycan Dəmir Yolları”nı ifşa etdi














Bakı Nəqliyyat Agentliyi 160 saylı marşrut xətti ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat katibi Mais Ağayev hadisəyə dəmiryolunun işıqforunun işləməməsinin səbəb olduğunu deyib:

“17.11.2018 tarixində sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 99 JZ 232 olan sərnişin avtobusunun Binə qəsəbəsində dəmir yol keçidi qarşısında dayanması və şlaqbaumun avtobusun üzərində olması ilə bağlı video görüntü yayılıb. Əksər sosial şəbəkə iştirakçıları və videonu çəkən şəxslər avtobusun sürücüsü Mahmudov Nicat Bəhram oğlunun dəmir yol keçidində xəbərdarlıqlara məhəl qoymayaraq son anda dayandığını ehtimal edirlər.

Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və ciddi araşdırılıb. Müəyyən edilib ki, 17.11.2018 tarxində gündüz saatlarında 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və svetofor işləməyib (qırmızı işığı yanmayıb). Buna baxmayaraq sürücü qatarın gəldiyini bilərək avtobusu dayandırıb. Təqdim edilən video görüntüdən də aydın bilinir ki, slaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb.Yəni avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun banının üstündə olmazdı. Video görüntünü paylaşan və izləyən şəxslər diqqətlə baxsalar, özləri də əslində məsələnin necə olduğunu anlayacaqlar”.

Qeyd edək ki, bir müddət əvvəl 160 saylı marşrut avtobusu qatarla toqquşub və 3 nəfər həlak olub, xeyli insan yaralanıb.

Vergidən gələn o bildiriş: Vətəndaşlar təşviş içindədir
Vergidən gələn o bildiriş: Vətəndaşlar təşviş içindədir
Rusiyaya kütləvi hücum: 150-dən çox PUA vuruldu - Ölən və yaralananlar var
Rusiyaya kütləvi hücum: 150-dən çox PUA vuruldu - Ölən və yaralananlar var
ABŞ İranın daha 3 tankerini saxladı: Neft böhranı dərinləşir
ABŞ İranın daha 3 tankerini saxladı: Neft böhranı dərinləşir
Toy karvanında avtoxuliqanlıq etdilər, sosial şəbəkədə paylaşdılar
Toy karvanında avtoxuliqanlıq etdilər, sosial şəbəkədə paylaşdılar
Düşmən üçün “sürpriz əməliyyat" - İranın gizli planı üzə çıxdı
Düşmən üçün “sürpriz əməliyyat
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi