veten informasiya agentliyi

“Özəl sektor üzərindən bütün maneələr götürülməlidir”

Tarix:15-01-2019, 10:00
Baxış Sayı:410

“Özəl sektor üzərindən bütün maneələr götürülməlidir”















“Ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm”.

Bunu millət vəkili Fazil Mustafa prezident İlham Əliyevin bir neçə döğvlət qurumunun ləğvi ilə bağlı sərəncamlarının şərh edərkən bildirib.

O qeyd edib ki, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşür və indiki zamanda iş yerini itirməyi, sabit maaşdan məhrum olmağı heç kim istəməz:

“Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır”.

Deputata sözlərinə əlavə edib ki, indi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır, ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır:

“Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür. Digər tərəfdən icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı. Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahıın yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.

Bitki mühafizəsi sahəsinin tanınmış alimi Elçin Xəlilovun yubiley tədbiri keçirilib
Bitki mühafizəsi sahəsinin tanınmış alimi Elçin Xəlilovun yubiley tədbiri keçirilib
Vergidən gələn o bildiriş: Vətəndaşlar təşviş içindədir
Vergidən gələn o bildiriş: Vətəndaşlar təşviş içindədir
Rusiyaya kütləvi hücum: 150-dən çox PUA vuruldu - Ölən və yaralananlar var
Rusiyaya kütləvi hücum: 150-dən çox PUA vuruldu - Ölən və yaralananlar var
ABŞ İranın daha 3 tankerini saxladı: Neft böhranı dərinləşir
ABŞ İranın daha 3 tankerini saxladı: Neft böhranı dərinləşir
Toy karvanında avtoxuliqanlıq etdilər, sosial şəbəkədə paylaşdılar
Toy karvanında avtoxuliqanlıq etdilər, sosial şəbəkədə paylaşdılar
Düşmən üçün “sürpriz əməliyyat" - İranın gizli planı üzə çıxdı
Düşmən üçün “sürpriz əməliyyat
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva