veten informasiya agentliyi

“Sahibkar öz malını sığortalamalıdır” – Kəmaləddin Heydərov

Tarix:27-03-2019, 09:36
Baxış Sayı:413

 “Sahibkar öz malını sığortalamalıdır” – Kəmaləddin Heydərov














“Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürməkdir”.

Azvision.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, yanğın baş verən ərazi özəl obyekt olduğu üçün hər bir sahibkar öz malını sığortalamalıdır. Nazir hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.

K.Heydərov vurğulayıb ki, ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir:

“Binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub. Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tiklilərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alovlar məhdudlaşır”.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib.

Bitki mühafizəsi sahəsinin tanınmış alimi Elçin Xəlilovun yubiley tədbiri keçirilib
Bitki mühafizəsi sahəsinin tanınmış alimi Elçin Xəlilovun yubiley tədbiri keçirilib
Vergidən gələn o bildiriş: Vətəndaşlar təşviş içindədir
Vergidən gələn o bildiriş: Vətəndaşlar təşviş içindədir
Rusiyaya kütləvi hücum: 150-dən çox PUA vuruldu - Ölən və yaralananlar var
Rusiyaya kütləvi hücum: 150-dən çox PUA vuruldu - Ölən və yaralananlar var
ABŞ İranın daha 3 tankerini saxladı: Neft böhranı dərinləşir
ABŞ İranın daha 3 tankerini saxladı: Neft böhranı dərinləşir
Toy karvanında avtoxuliqanlıq etdilər, sosial şəbəkədə paylaşdılar
Toy karvanında avtoxuliqanlıq etdilər, sosial şəbəkədə paylaşdılar
Düşmən üçün “sürpriz əməliyyat" - İranın gizli planı üzə çıxdı
Düşmən üçün “sürpriz əməliyyat
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva