veten informasiya agentliyi

Asim Mollazadə: “Kasıb balaları ali məktəblərdə pulsuz oxumalıdır"

Tarix:13-06-2018, 10:22
Baxış Sayı:468

Asim Mollazadə: “Kasıb balaları ali məktəblərdə pulsuz oxumalıdır"















"Sovet vaxtında universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr olurdu. Bu gün biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Tək varlı ailələrin uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bilir. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar".
Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında”qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, imkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün şərait yaradılmalıdır:
“Çünki hər zaman imkanlı ailələr övladlarını xaricdə və ölkəmizdə oxutdurmaq üçün vəsait tapa bilər. Tələbə qəbulu imtahanları Azərbaycanda məhz imkansız və savadlı uşaqların təhsil alması üçün qapını açan sistemdir”.

Mollazadə deyib ki, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmamalıdır:
“Onlar elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun”.

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq