veten informasiya agentliyi

“Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz” - Psixoloqdan efirdə qalmaqallı sözlər

Tarix:19-06-2018, 11:34
Baxış Sayı:472

“Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz” - Psixoloqdan efirdə qalmaqallı sözlər














"Space" telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində psixoloq Könül Cəfərova gözlənilməz fikirlər səsləndirib.

Ölkə.az məlumatına görə, hüquqşünas Türkel Süleymanlının Milli Qəhrəman Mübariz İbrahimovla 20 yanvar hadisələrində şəhid olmuş İlham və Fərizəni müqayisə etməsi psixoloq tərəfindən etirazla qarşılanıb:

"İlham və Fərizə əsl Leyli və Məcnundur. Biz Mübariz İbrahimovu və İlhamla Fərizəni real qəhrəmanlarımız kimi təbliğ edə bilərik. Fərizə Şəhidlər Xiyabanında güllə dəymədən ölən yeganə şəhidimizdir".

Hüquqşünasın bu fikirlərinə qarşılıq verən psixoloq Fərizəni şəhid saymadığını söyləyib:

"Özünə qəsd etmək şəhidlik zirvəsi demək deyil ki. İnsan sevgisini içidə qoruyub saxlayaraq da yaşaya bilər. Mübariz İbrahimovla İlham və Fərizə başqa mövzulardır. Biz nəyi təbliğ edirik. Kiminsə həyat yoldaşı şəhid olursa, o da intihar etməli deyil ki".
Verilişin aparcısı Kamran Həsənli isə Fərizəni sevgi şəhidi adlandırıb:

"Onun həm vətəninə, həm də həyat yoldaşına böyük sevgisi olub".

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq