veten informasiya agentliyi

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Tarix:26-06-2018, 11:06
Baxış Sayı:450

Zakir Həsənov şəxsi heyəti təbrik etdi














Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə şəxsi heyəti təbrik edib.
Təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, kursantlar, çavuşlar, miçmanlar, əsgərlər və matroslar!

Sizi Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə təbrik edir, Vətən naminə şərəfli xidmətinizdə uğurlar arzulayıram.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsinə müsbət təsir göstərdi və Azərbaycan Ordusunun şəxsi heyəti 100 illik yubileyini ruh yüksəkliyi, həmçinin qazandığı böyük nailiyyətlərlə qeyd edir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurla gerçəkləşdirdiyi siyasət digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də əldə olunan möhtəşəm uğurlarla Respublika prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımız qeyd etdiyi kimi, biz güclü ordu yaratmışıq.
Ordumuzun maddi-texniki təchizatı və döyüş qabiliyyəti ən yüksək səviyyədə olduğunu döyüş meydanında sübut edə bilmişik! 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində torpaqlarımızın bir hissəsi düşmən işğalından azad edildi. Artıq həmin torpaqlara Azərbaycan vətəndaşları qayıdıb. O torpaqlara həyat qayıdıb və bunu Azərbaycan dövləti, Azərbaycan Ordusu etmişdir!

Keçirilən genişmiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini nümayiş etdirir, Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir. Xalq öz ordusuna inanır, gücünə güvənir. Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu sizin məsuliyyətinizi daha da artırır. Bu əziz gündə şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları əzəmətli bayram münasibəti ilə təbrik edirəm.

Əminliklə bildirirəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamı gücləndirəcək, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə hazır olacaq.

Bir daha hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq