veten informasiya agentliyi

Fazil Məmmədovun yaxın adamı həbs edilə bilər — “Şəmkir” futbol klubunun direktoru

Tarix:3-07-2018, 14:36
Baxış Sayı:472

Fazil Məmmədovun yaxın adamı həbs edilə bilər — “Şəmkir” futbol klubunun direktoru















“Şəmkir” futbol klubunun direktoru barədə hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
Elmixan Mehdiyev adlı şəxs Bakı şəhər Baş Polis İdarəsinə şikayət edərək bildirib ki, 2016-cı ilin sentyabr ayında “Şəmkir” futbol klubunun direktoru Elvin Murğuz oğlu Səfərli ondan dələduzluq yolu ilə 166 min manat pulunu alıb. Polis İdarəsində daxil olmuş ərizə araşdırılıb və cinayət işinin başlanması üçün aidiyyatı üzrə Nəsimi RPİ-nə göndərilib. Artıq Nəsimi RPİ-də faktla bağlı cinayət məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Əgər E. Mehdiyevin Elvin Səfərli ilə bağlı şikayəti sübut olunarsa o zaman klubun direktoru həbs oluna bilər.
Qeyd edək ki, "Şəmkir"in prezidenti Elvin Səfərlinin son vaxtlar maliyyə sıxıntıları yaranıb və hətta futbolçuların maaşlarını da verməyib. E. Səfərli həmçinin Gəncə Beynəlxalq Xəstəxanasına sponsorluqdan imtina edib. Gəncə Beynəlxalq Xəstəxanasının keçmiş Vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilir.

Yəni E. Səfərli Fazil Məmmədovun yaxın adamı kimi tanınıb.

Maraqlıdı ki, gənc klub rəhbəri artıq şəxsi “Facebook” hesabında da adını dəyişib. Özünə Edurd Paradeli adını götürüb.
Belə məlumatlar da dolaşır ki, E. Səfərli özünə məxsus bəzi obyektləri, karxana və restoranları satışa çıxardıb. Üstəlik, bu ildən baza olaraq istifadə etmək üçün komandanın ixtiyarına verdiyi məkanı da geri alıb və başqalarına borc əvəzi verib.

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq