veten informasiya agentliyi

AzTV sədrinin məhkəmə işində qalmaqal — Hakimi təhqir etdi, zaldan qovuldu

Tarix:7-07-2018, 11:47
Baxış Sayı:503

AzTV sədrinin məhkəmə işində qalmaqal — Hakimi təhqir etdi, zaldan qovuldu














Bakı Ağır Cinayətlər Məhkəməsində, Az.TV sədri Arif Alışanova qarşı sui-qəsddə təqsirləndirilən Şücaət Əkbərov, Qoçalı Cəbiyevin, Zöhrab Şirinov, Aqşin Hüseynovun barələrindəki cinayət işi üzrə məhkəmə davam edib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Şücaət Əkbərovun vəkili texniki vasitələrdən istifadə olunmaqla Arif Alışanov və qızı Nigar Alışanovanın dindirməsini istəyib.

Vəkil həmçinin digər vəsatətində Şücaət Əkbərov barəsində məhkəmə tibbi ekspertiza keçirilməsini və səhhətinin həbsdə qalmasına imkan verib-vermədiyinin müəyyən edilməsini istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Təqsirləndirilən Şücaət Əkbərovun vəkili məhkəməyə siyahı təqdim edərək siyahıda olan şəxslərin əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib.
Bu vəsatət də təmin olunmayıb.

Şücaət Əkbərovun digər vəkili isə müvəkkilinin ittiham olunduğu 178-ci (dələduzluq) maddə üzrə məhkəmə texniki mühasibatlıq ekspertizasının keçirilməsini istəyib.

Bu vəsatət də təmin edilməyib.

Təqsirləndirilən Qoçəli Cəbiyev çıxışında hakimi təhqir etdiyindən məhkəmə zalından uzaqlaşdırılıb.

Daha sonra prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq