veten informasiya agentliyi

38 minə yaxın şəxs işlə təmin edilib

Tarix:18-07-2018, 10:49
Baxış Sayı:481

38 minə yaxın şəxs işlə təmin edilib














Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin birinci yarımilində 37 613 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3959 nəfər və ya 11,8 faiz çoxdur.
Nazirlikdən verilən məlumata görə, bu dövrdə Xidmətin xətti ilə 510 nəfər ödənişli əsaslarla ictimai işlərə cəlb olunub. Peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan 1 501 nəfər üçün Xidmət tərəfindən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. 69,2 min nəfər gənc isə əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə peşəyönümü tədbirlərinə cəlb olunub.
Dövlət Məşğulluq Xidmətinin əmək birjaları tərəfindən qısamüddətli iş üçün müraciət edən 1 410 nəfər müvəqqəti xarakterli işlərə göndərilib.

Hesabat dövründə Xidmət tərəfindən ölkənin 10 rayon və şəhərində əmək yarmarkaları keçirilməklə, 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. Həmçinin 4 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə “Karyerada ilk addım” devizi ilə aktiv tədbirlər təşkil olunub.

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq