veten informasiya agentliyi

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - AÇIQLAMA

Tarix:20-07-2018, 10:52
Baxış Sayı:470

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - AÇIQLAMA














Mingəçevirdəki "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) baş vermiş qəzanın nəticələri kompleks olaraq aradan qaldırılıb.

Bunu modern.az-ın sorğusuna cavab olaraq "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Y.Babanlı deyib ki, narahatlığa əsas yoxdur:

"Qəza ilə bağlı təmir-bərpa işləri yekunlaşdırılıb. Amma istismarda olan cərəyan transformatorlarının növbədənkənar təftişi, sınaq-yoxlama işləri də diqqətdədir və bu tədbirlərdə başa çatdırılmaq üzrədir”.

Y.Babanlı həmçinin Gürcüstan və Rusiya ilə enerji mübadiləsi məsələsinə də aydınlıq gətirib:

"Gürcüstandan idxal dayandırılıb, Rusiya ilə paralel iş rejimində razılaşdırılmış yük qrafikinə əsasən, elektrik enerjisinin mübadiləsi həyata keçirilir. Paralel iş rejimi dedikdə sinxron zonada eyni tezlikdə fəaliyyət nəzərdə tutulub”.

İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb.

Dərhal Prezident İlham Əliyevin sərəncamı ilə baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi Dövlət Komissiyası yaradılıb.

Qəzaya görə cinayət işi açılıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq