veten informasiya agentliyi

Komitədən "Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə yayılan məlumatlara — AÇIQILAMA

Tarix:2-08-2018, 10:59
Baxış Sayı:478

Komitədən "Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə yayılan məlumatlara — AÇIQILAMA















Avqustun 1-də bir sıra kütləvi informasiya vasitələrində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda sıxlıq yaranması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
"Report" xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, avqustun 1-də “Sınıq Körpü” gömrük postunda sərnişinlərin və nəqliyyat vasitələrinin sıxlığı, ümumiyyətlə müşahidə olunmayıb və yayılan məlumatlar həqiqətə uyğun olmamaqla yanaşı, həm də qərəz xarakterlidir.

Belə ki, Dövlət Gömrük Komitəsi adıçəkilən gömrük postundakı vəziyyətlə bağlı mütəmadi olaraq həm komitənin rəsmi internet səhifəsi, həm də müxtəlif media orqanları vasitəsilə məlumatlar yayır və kütləvi informasiya vasitələrinin bu istiqamətdəki sorğuları da operativ şəkildə cavablandırılır. Sözügedən məlumatı yayan media qurumlarından isə komitənin mətbuat xidmətinə hər hansı sorğu daxil olmayıb. Bu da məlumatın qərəzli şəkildə yayımlandığına dair əsaslı şübhələr yaradır.
Məlumata əlavə edilən fotolar gömrük- sərhəd keçid məntəqəsinin qarşısında çəkilib və həmin ərazi gömrük nəzarət zonasına aid deyil.

Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq