veten informasiya agentliyi

Ziya Məmmədov ölkəni tərk edib?

Tarix:1-09-2018, 12:40
Baxış Sayı:553

Ziya Məmmədov ölkəni tərk edib?















Nə hikmətdirsə, vəzifədən gedən nazirlər mətbuatdan da gedirlər. Barələrində yayılan hər hansı məlumatı özləri ilə dəqiqləşdirmək isə müşkül məsələyə çevrilməkdədir. Eks yüksək rütbəli məmurlar arasında haqqında ən çox söhbətlər dolaşan sabiq nəqliyyat naziri Ziya Məmmədovdur. Belə ki, sabiq nazirlərin susqunluq göstərdiyi bir vaxtda Ziya Məmmədovun ölkəni tərk etdiyi iddia olunur. Məlumatlara görə, Ziya Məmmədov yay mövsümünü Türkiyədə olub. Hətta onun Türkiyəyə bir mövsümlük yox, bir ömürlük köçdüyü deyilir.

Modern.az məsələni dəqiqləşdirmək üçün sabiq nəqliyyat naziri Ziya Məmmədovun özü ilə əlaqə saxlaya bilməsə də, qardaşı, keçmiş deputat Elton Məmmədovla əlaqə saxlayıb.

O, yayılan xəbərlərin iftira olduğunu deyib:

“Ziya Məmmədov haqqında söz demək istəmirəm. Bu barədə dəfələrlə mətbuata açıqlama vermişəm ki, qardaşım haqqında məndən nəsə soruşmayın! Bircə onu demək istəyirəm ki, dezo xəbərləri yayıb nə edəcəklər?! İnsanlar evində oturub. Niyə getməlidirlər?! Bu cür inkişaf edən ölkəmizdən niyə getməliyik?! Dövlət quruluşunda ölkə rəhbərinin yanında olmuşuq, bu gün də varıq, yanındayıq”.

E.Məmmədov söyləyib ki, inkişaf edən Azərbaycanı hansısa dövlətlə dəyişməzlər.

“Yayılan xəbərlər yalandır, iftiradır. Məntiqli fikirlər deyil. Digər tərəfdən isə kiminsə harasa getməsinin başqalarına nə aidiyyatı var?!

Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu