veten informasiya agentliyi

Bağçada tərbiyəçi 3 uşağa necə əzab verib? — TƏFƏRRÜAT

Tarix:4-09-2018, 10:10
Baxış Sayı:472

Bağçada tərbiyəçi 3 uşağa necə əzab verib? — TƏFƏRRÜAT














Yasamal Rayon Məhkəməsində 3 uşağa işgəncə verən tərbiyəçinin məhkəməsi başlayır.
"Kids Studio Uşaq Mərkəzi"nin tərbiyəçisi, cinayət məcəlləsinin 133.2.1 (Əzab vermə; iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirləndirilən Tağıyeva Firuzə Feyruz qızının məhkəmə prosesi sentyabr ayının 11-də hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, bu ilin iyuna ayında Bakıda yerləşən "Kids Studio Uşaq Mərkəzi"nin bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.
Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri "Kids studio" uşaq bağçasında olub. "Kids studio" uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Məlum olub ki, tərbiyəçi Tağıyeva Firuzə Feyruz qızı 3 uşağa işgəncə verib. Bundan sonra hər iki şəxs- "Kids Studio Uşaq Mərkəzi"nin müdiri Nigar Müseyibova və tərbiyəçi Firuzə Tağıyeva Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb. Firuzə Tağıyevanın uşaqlara işgəncə verməsi sübuta yetirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu