veten informasiya agentliyi

Şəhid ailələrinə birdəfəlik ödəmələr veriləcək

Tarix:13-09-2018, 11:03
Baxış Sayı:487

Şəhid ailələrinə birdəfəlik ödəmələr veriləcək














Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Minval.İnfo-ya verilən məlumata görə, gələn aydan həmin ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanacaq.

Bununla bağlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən tədbirdə qərar qəbul olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, cənab Prezidentin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq.

Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq.

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb.

Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək.

Nazir oktyabr ayından birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanmasının nəzərdə tutulduğunu deyib.

O qeyd edib ki, nazirliyin müvafiq siyahısında olan şəhid hərbi qulluqçuların vərəsələrinin notariat orqanlarında vərəsəlikləri təsdiq edildikdən sonra elektron qaydada onlar barədə məlumatlar nazirliyə ötürüləcək.

Bu məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq.

Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Elmə Nur Saçan Akademik, Oftomoloq alim Zərifə Xanım Əliyeva
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi
Azərbaycanda iki fəsil yoxa çıxır
Azərbaycanda iki fəsil yoxa çıxır
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Keçid balları ilə bağlı abituriyentlərə - ŞAD XƏBƏR
Dəhşətli PROQNOZ: Qiymətlər "od tutub yanacaq"
Dəhşətli PROQNOZ: Qiymətlər
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Metroda qatarların hərəkəti yenidən iflic oldu
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu
Rusiya səmasında gecə hücumu: 155 dron vuruldu